AZ | RU | EN
Avita Azərbaycan Karyera Məhsullarımız Partnyorlarımız
Qastroenterologiya / Yomogi

UŞAQLARDA KƏSKİN DİAREYALARIN MÜALİCƏSİNƏ DAİR MƏSLƏHƏTLƏR.

(Həkimlər ücün metodik tövsiyyələr.)

Tərtib edənlər: Uşaq yoluxucu xəstəlikləri kafedrasının əməkdaşları:

T.e.d., professor - Hüseynova N. M.

                            - Qurbanov M.Q.

T.e.n,                   - Əzizov N.V.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən diareya, dünyada ən çox yayılmış xəstəliklərdən biri olaraq hər il 4 mlrd. hadisə şəklində rast gəlinməktədir. Bunların 1 milliarddan çoxusu uşaqlarda təsadüf edir. 1998-ci ildə inkişaf etməmiş və xüsusilə inkişaf edən ölkələrdə diareya və onun ağırlaşmalarından 2,2 million insan həlak olmuşdur ki, onun də əksəriyyəti 5 yaşına qədər uşaqlar idi. ABŞ diareya bütün ambulator müraciətlərin 10%-i və 1 yaşına qədər hər 1000 uşağdan 14 hospitala müraciətin səbəbi kimi göstərilməktədir.

Son illərdə bağırsaq pozğunluqların və diareyaların profilaktikası və müalicəsində probiotik adlanan (pro bios ­ yəni, həyat üçün) preparatlardan geniş olaraq istifadə olunmaqdadır. Probiotiklərin preparatları hətta "canlı dərman" adlanır. Probiotiklər, normal bağırsaq florasının böyüməsinə, bərpasına və bağırsaqda iltihabın aradan qaldırılmasına yönəlmiş təsirli canlı kulturalar adlanır. Bunlar bakteriya aləmindən olan Lactobacillus ailəsindən olan L.bulgaricus, L.acidophilusL.ramnosus, həmçinin Bifidobacterium bifidum, bəzi Enterococcus

Xəbərlər
28.03.2013Novruz bayramı ilə əlaqədar ATU-nun “II Uşaq xəstəlikləri” kafedrasının nəznində yerləşən «Astma məktəbində»Azərbaycan Respublikası Allerqoloq, İmmunoloq və İmmunoreabilitoloqlar Elmi Cəmiyyəti və Avita əçzaçılıq-marketinq şirkəti tərəfindən «Astma ilə mübarizə günləri keçirilmişdir».
19.10.2012Oktyabrın 19-da Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Terapevtik Klinikasında allerqologiya, immunologiya və immunoreabilitasiya üzrə IV Azərbaycan milli konqresi keçirilmişdir.
03.10.20122012- ci ilin sentyabr ayında "Avita" şirkətində, Misirin “Amoun” zavodunun məhsul üzrə meneceri Dr. Refaat Raşid öz təcrubəsi ilə bölüşmüşdu.
Xəbər Arxivi
Milli və Beynəlxalq Konfransların Anonsu
Copyright © 2012. AVITA! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır